XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 23:59

ABŞ-dan İrana daha bir rəsmi xəbərdarlıq:"Bundan sonra da lazımi tədbirlər görüləcək"

son-ag-ev-katib

ABŞ sanksiyaların genişləndirilməsindən sonra da İrana qarşı hərəkət etməyə davam edəcək.

Bu sözləri Ağ Evin mətbuat katibi Şon Spayser deyib.

“Biz dəqiq araşdırmalardan sonra sanksiya ilə bağlı qərarımızı verdik və bundan sonra da İrana qarşı lazımi tədbirlər görməyə davam edəcəyik. Sanksiya siyahısı qısa zaman ərzində hazırlanmır. Lakin düşünürəm ki, bir neçə gün ərzində cərəyan edən hadisələrlə bağlı lazımi qərarı verməyi bacarmışık”, – Spayser bildirib(Axar.az)

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı növbəti dəfə sanksiya tətbiq edib.