ABŞ aviasiyası İŞİD-in mövqelərini bombalayıb
İraq şiələri ABŞ-ın köməyinə görə İŞİD-ə qarşı döyüşü dayandırıblar.
Xarici KİV yazır ki, şiə yaraqlıları Amerika aviasiyasının Tikrit bölgəsindəki döyüşlərə qatılmasından narazıdırlar. “Haşid Şaabi” təşkilatının komandanlığı rəsmən bildirib ki, İŞİD mövqelərinə hücumda iştirak etməyəcək.
Komandanlığın təmsilçiləri deyiblər ki, ABŞ-ın İŞİD-ə zərbələrdə iştirakı “probleminin nizamlanması”nı gözləyəcəklər.
İraq hökuməti ABŞ aviasiyasından xahiş edib ki, hökumət qoşunları və şiə yaraqlılarının kəskin müqavimətlə rastlaşdığı Tikritdə terrorçuların mövqelərini bombalasın.