XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 14:53

Baş prokurorun müavini:"Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir"

"Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir. Bu proses Ukrayna baş prokuroru Yuri Lutsenkonun şəxsi nəzarəti altındadır".

Bunu "Report"un Ukrayna bürosuna açıqlamasındsa Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib. 

Bu ölkədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılması və günahkarların aşkara çıxarılaraq cəzalandırılması ilə bağlı görülən işlərdən danışan baş prokurorun müavini vurğulayıb ki, prosesi dayandırmaq niyyətində deyillər.   

"Bildiyimə görə, Ukrayna baş prokuroru Yuri Lutsenko yaxın zamanlarda Azərbaycana səfər edəcək. Səfər zamanı azərbaycanlı həmkarlarımızı məsələ bağlı əldə olunan irəliləyişdən xəbərdar edəcəyik. Azərbaycanlı həmkarlarımızın bizə ünvanladığı işlərlə bağlı həqiqəti üzə çıxarana qədər irəliləyəcəyik", – deyə Y.Yenin bildirib.