XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 18:06

Vəzifə saxtakarlığı ilə bağlı 313 şəxs barəsində 201 cinayət işininistintaqı tamamlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi təmin edilib, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.