XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 19:20

Azərbaycan Premyer Liqasında XVI turayekun vuruldu

Bu gün keçirilmiş daha iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

"Report"un məlumatına görə, son matç günündə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.

Oyunların nəticələri "Zirə" üçün uğurlu alınıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Kəpəz"i minimal hesabla məğlub edərək, 4-cü pilləyə yüksəlib. Bu, turun son oyununda "Sumqayıt"ın "İnter"lə heç-heçə etməsindən sonra rəsmiləşib.

"Zirə"nin yeganə qolunu 37-ci dəqiqədə Nurlan Novruzov vurub. Həmin vaxt "qartallar" sayca azlıqda olublar. 28-ci dəqiqədə Sezar Meza Kollinin qırmızı vərəqə almasından sonra paytaxt təmsilçisi nəinki qol vurub, hətta hesabı sonadək qorumağı bacarıb.

"Sumqayıt" isə "İnter"lə qarşılaşmada 18-ci dəqiqədə Mirabdulla Abbasovun penalti qolu ilə hesabda önə çıxıb. İkinci hissə daha məhsuldar alınıb. 48-ci dəqiqədə İlkin Qırtımov hesabı bərabərləşdirib, 88-ci dəqiqədə isə Rauf Əliyev "İnter"i önə çıxarıb. Lakin 90-cı dəqiqədə Nicat Muxtarov bərabərlik qolunu vuraraq, oyunda yekun nəticəni müəyyənləşdirib – 2:2.

Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə AZAL-a 2:1, "Qəbələ" isə evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası, XVI tur

4 fevral
14:00. "Zirə" – "Kəpəz” 1:0
Qol: Nurlan Novruzov, 37
Qırmızı vərəqə: Sezar Meza Kolli, 23; Renan Silva, 93
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 0:2, 2:0
16:30. "Sumqayıt” – "İnter” – 2:2
Qollar: Mirabdulla Abbasov, 18-penalti ilə. Nicat Muxtarov, 90 – İlkin Qırtımov, 47. Rauf Əliyev, 88
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. "Kapital Bank Arena” stadionu
Cari çempionatdakı oyunlar – 1:3, 1:2