XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 06:31

Misirdə ƏDL sammiti açılır

Sammitdə BMT-nin baş katibi Pan Gi Munun çıxış edəcəyi gözlənilir

Ərəb Dövlətləri Liqasının (ƏDL) sammiti bu gün Misirin Şarm-əl-Şeyx şəhərində başlanacaq.

Xarici mətbuat yazır ki, sammitin açılışında BMT-nin baş katibi Pan Gi Munun çıxış edəcəyi gözlənilir. O, ərəb ölkələrinin liderləri ilə Yəməndəki durumu müzakirə edəcək.

Qeyd edək ki, Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi sammitdə iştirak etmək üçün dünən Şarm-əl-Şeyxə gəlib.

O, husilərin aqressiyasını önləmək üçün hərbi müdaxilə həyata keçirilməsi barədə xahişlə BMT Təhlükəsizlik Şurasına müraciət edib.