XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2017 - 12:55

Ankarada terrorçularla əlaqədə şübhəli bilinən60 nəfər saxlanılıb

polis türk 1

Türkiyənin paytaxtı Ankara şəhərində terrorçularla əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, bununla bağlı əməliyyat bu gün səhər saatlarında keçirilib. Əməliyyat Sincan, Çubuq, Yeniməhəllə və Mamak rayonlarında təşkil olunub.

Xəbərdə bildirilir ki, Ankara Polis İdarəsinin əməkdaşları İŞİD tərəfdarları əleyhinə keçirdikləri əməliyyat zamanı terror qruplaşmasının tərəfdarı olmaqda şübəli bilinən 60 nəfəri saxlayıblar. Saxlanılanların əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.

Şübhəlilər ifadə vermək üçün Ankara Polis İdarəsinə aparılıb.  (Report)