XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2017 - 13:27

Azərbaycan yun istehsalı üçün Çin, Avstraliya və Qazaxıstanıntəcrübəsini öyrənəcək

Yun

Yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti cənab İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə bu gün Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili kimi məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb. İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.  (APA)