XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2017 - 14:23

BQXK:"BQXK-nin himayəsi altında azərbaycanlı hərbiçini meyiti geri qaytarılıb"

Qırmızı Xaç

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) şəhid Çingiz Qurbanovun nəşinin geri qaytarılması barədə məlumat yayıb.

BQXK-dən verilən məlumata görə, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbiçini meyiti geri qaytarılıb.

Təhvilvermə beynəlxalq sərhəddə – Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub. BQXK  29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib. Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir.   (APA)