XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2017 - 18:22

Rumıniya hökuməti kütləvi etirazlara yol açanqərarını ləğv edib

Ruminya 1

Bu gün Rumıniya hökuməti ölkədə kütləvi etiraz aksiyalarına yol açan Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarını ləğv edib.

Bu barədə “Digi24” telekanalın məlumat yayıb.

Nazirlər Kabineti baş nazir Sorina Qrindyanunun rumın cəmiyyətinin bölünməsini istəmədiyi barədə bəyanatından sonra belə qərar qəbul edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə masştabına görə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar qərarından qəbulundan sonra korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağında narahat olublar. Fevralın 2-də baş nazir S. Qrindyanu qəbul edilmiş qərarı ləğv etmək və istefa vermək niyyətində olmadığını bəyan etsə də, geri addım atmaq məcburiyyətində qalıb. Qərar korrupsiya ilə əlaqədar həbs edilmiş və 48 min dollardan az ziyan vurmuş şəxslərin azadlığa buraxılmasını nəzərdə tutub.   (APA)