XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 15:23

Bakıda vulkan püskürdü –FHN-dən açıqlama + VİDEO

vulkan-baki

Bir az əvvəl Səngəçal qəsəbəsi ərazisindəki dağın arxasında qəfil partlayış səsi eşidilib və ardınca hündürlüyü 25-30 metrə çatan alov görünməyə başlayıb.

Bunu virtualaz.org-a Ələt-Astara avtomobil yolu ilə hərəkət edən sərnişinlərdən biri deyib.

Əvvəlcə bunun vulkan və ya neft-qaz kəmərində partlayış olduğu güman edilsə də, əslində nə baş verdiyi bilinməyib. Amma şahidlərin dediyinə görə, havaya alovla birgə çirkli maye kütləsi də fışqırırmış…

Amma əməkdaşlarımızın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, adıçəkilən ərazidə palçıq vulkan püskürüb. Artıq yanğının səngidiyi və alovun söndüyü bildirilir.

FHN-in mətbuat xidmətindən də bildiriblər ki, partlayış palçıq vulkanının püskürməsi nəticəsində baş verib, amma texnoqen xarakter daşımır: "FHN-in əməkdaşları hazırda həmin ərazidədirlər".

FHN-dən həmçinin bildirilib ki, vulkan püskürməsi haqda AMEA-nın Coğrafiya İnstitutunu məlumatlandırıblar.