Dövlət İmtahan Mərkəzində (DİM) yeni təyinatlar olub.
APA-nın xəbərinə görə, müvafiq qərarla Vüqar Əsgərov Hüquqi təminat və insan resursları şöbəsi, Vüsal Həmidov E-imtahanların təşkili və keçirilməsi şöbəsi, Vəli Məstəliyev isə Maliyyə və iqtisadiyyat şöbəsinə müdir təyin ediliblər.
DİM-dən faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, DİM-də strukturun formalaşdırılması davam edir.
Qeyd edək ki, V.Əsgərov, V.Həmidov və V.Məstəliyev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) çalışıblar.