“Yaxın zamanlarda İlham Əliyevin Pakistana səfəri gözlənilir”.
Bunu jurnalistlərlə görüşündə Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Said Xan Mohmand deyib.
Səfir bildirib ki, prezident İlham Əliyevin Pakistana səfəri çərçivəsində enerji, iqtisadi və digər sahələrdə müqavilələr imzalanacaq. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən S.X.Mohmand, hərbi, iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Laçın