XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 18:09

Prezident İlham Əliyev və Avropa İttifaqının prezidenti birgə bəyanatla çıxış edib

ilham tusk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Brüsseldə mətbuata birgə bəyanatla çıxış ediblər.

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”-deyə, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 D. Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.