XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 20:46

Belarus məhkəməsi sabah bloqqer Lapşinin Azərbaycana verilməsinə baxacaq

lapsin

Belarusun Ali Məhkəməsi fevralın 7-də rusiyalı bloqqer Aleksandr Lapşinin Azərbaycana verilməsi məsələsinə baxacaq.

Bu barədə "RİA Novosti"yə məhkəmənin sözçüsü Yuliya Lyaskova məlumat verib. Belarusun Baş Prokurorluğu yanvarda Lapşini Azərbaycana vermək qərarına gəlib.

Minsk şəhər Məhkəməsi isə prokurorluğun qərarını qüvvədə saxlayıb. Buna görə də müdafiə tərəfi Ali Məhkəməyə üz tutub.

Lapşin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusu ilə saxlanılıb. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı "müstəqil ölkə" adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu günlərdə mətbuatla görüşündə A.Lapşinin ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Əgər Azərbaycana verilərsə, A.Lapşini 8 ilədək həbs cəzası gözləyir.