XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 08:37

ABŞ Ədliyyə nazirliyi:“Prezidentin miqrasiya ilə bağlı fərmanı qanunidir”

Justice

Prezident Donald Trampın miqrasiya ilə bağlı fərmanı qanunidir.

Bu barədə ABŞ Ədliyyə nazirliyinin bəyanatında deyilir.

“Əcnəbi vətəndaşların ABŞ-a daxil olması, eləcə də qaçqınların ölkəyə girişinə dair icazə məsələləri prezidentin səlahiyyətləri çərçivəsindədir”, məlumatda deyilir.

Nazirliyin qənaətinə görə, Donald Trampın fərmanının icrasını təxirə salan məhkəmə yanlışlığa yol verib.

Fevralın 4-də ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından verdiyi apelyasiya şikayətini rədd edib.

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. (APA)