XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 08:46

Rumıniyada hökumət əleyhinə növbətiaksiya keçirilib

Rumınya 2

Buxarestin Qələbə meydanında hökumətin istefası tələbi ilə növbəti aksiya keçirilib.

Kütləvi etirazların təşkilatçıları aksiyada yüz minlərlə adamın iştirak edəcəyini bildirsələr də, iştirakçıların sayı təxminən 25 min nəfər olub.

Hökumətin Cinayət Məcəlləsinə etirazlara səbəb olan düzəlişləri ləğv etməsinə baxmayaraq, Rumıniyanın bütün şəhərlərində hakimiyyət əleyhinə aksiyalar keçirilir. Düzəlişlər nəticəsində hakim partiyanın korrupsiya cinayətlərinə görə həbs edilmiş üzvləri azadlığa çıxa bilərdilər.

Bir neçə gündür davam edən etiraz aksiyaları son 25 ilin ən irimiqyaslı nümayişləri sayılır. Bazar günü ölkəboyu 600 minə yaxın adam küçələrə çıxıb.

Fevralın 8-də Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək.  (APA)