XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 10:05

Azərbaycan elminə ağır itki üz verdi –BDU-nun professoru vəfat edib

mirze

BDU-nun Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev vəfat edib.

Strateq.az xəbər verir ki, bu barədə Modern.az-a universitetdən məlumat verilib. 

Xatırladaq ki, Mirzə Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və Bakı Dövlət Universitetinə daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olub və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirib. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləyib. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə edib.

1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada təhsil alıb. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı, 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!