Belaruslu bloqqer Aleksandr Lapşinin həyat yoldaşı ərinin müdafiəsinə daha bir vəkilin qoşulmasını xahiş edib.
Bu barədə jurnalistlərə onun vəkili Natalya Şekina bildirib.
Onun sözlərinə görə, bloqqerin arvadı bu məqsədlə Minskin daxili işlər baş idarəsinin miqrasiya vəvətəndaşlıq şöbəsinə müraciət edib.
Qeyd edək ki, hazırda Belarusun Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair çıxarılmış qərardan vəkillərin verdiyi şikayətini araşdırır. /Minval.az