XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

07 Fevral 2017 - 17:43

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı –FOTOLAR

sehidler-mubariz

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anma mərasimi keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edirək önünə gül dəstələri qoyublar.

Tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.

Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq bir ad-san qoyub gedib.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb. Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun  ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.