XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 18:23

“Azercell” kimsəsiz uşaqlar üçün pulsuz göz müayinəsi təşkil edib –FOTOLAR

goz-muayine

“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri görmə çətinliyi olan uşaqları aşkarlamağa və müxtəlif göz xəstəliklərindən əziyyət çəkənləri müalicə etməyə davam edirlər.

Strateq.az-a verilən məlumata görə, klinikanın həkimləri bu dəfə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbindəki kimsəsiz uşaqlara baş çəkiblər. İnternat məktəbində məskunlaşan uşaqların hamısı həkimlər tərəfindən müayinə edilib. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eynək reseptləri yazılıb.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İB tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində layihə çərçivəsində klinika Bakı şəhərindəki onlarla internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.