XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 19:09

“Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib” –Nazirlikdən bahalaşma xəbərinə reaksiya

İqtisadiyyat

Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.

Bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Bəzi KİV-lərdə Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir. /APA