XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 21:33

Daha bir gürcü nazir Bakıya gəlir –İki günlük səfər qrafiki

canelidze-33860

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.

İki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək. 

APA