XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 08:28

ABŞ və Türkiyə prezidentləri arasındatelefon danışığı olub

Ərdoğan Tramp

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bu barədə “Anadolu” xəbər verib. Danışığın təfərrüatları hələlik açıqlanmır. 

Türkiyə KİV-ləri ABŞ və Türkiyə prezidentlərinin ilk telefon danışığının 45 dəqiqə davam etdiyini bildirirlər. Mənbələr telefon danışığının məhsuldar və müsbət olduğunu qeyd ediblər.  

Bundan əvvəl bildirilmişdi ki, telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı bildirilmişdi.  (APA)