XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 12:26

Meksika səfiri müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb

yaver sefir

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Müdafiə Sənayesi naziri Yavər Camalovla  görüşüb.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın genişlənməsində hər iki ölkə səfirliklərinin oynadığı rol və müxtəlif sahələrdə əlaqələrdən danışılıb. Tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi, həmçinin, Meksika və Azərbaycanın təşkil etdiyi müvafiq beynəlxalq sərgilərdə iştirakdan söz açıb. Görüşdə səfir Labardini hal-hazırda dünyanın 14-cü iqtisadiyyatı olan Meksikada elektron sənayesinin inkişafını qeyd edib. Tərəflər əməkdaşlığın qurulması və inkişaf etməsində maraqlı olduqlarını da vurğulayıb.

Strateq.az