XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Fevral 2017 - 18:01

Nazirlik:"Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb"

Mədəniyyət

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilib və ulduz dərəcələri müəyyən olunub.

Bu ilin fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən “Qalaaltı Hotel & Spa” (5 ulduz) və “Joyy Hotel & Spa” (4 ulduz) mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib. 

Şöbədən bildiriblər ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.