XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 18:11

1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasındadəyişiklik edilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) metronun “28 May” stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, dəyişikliyə əsasən, “Koroğlu” NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək. Daha sonra avtobuslar Ələsgər Qayıbov küçəsi 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geri dönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcək.

Dəyişikliyin edilməsində məqsəd, həmin ərazidə yaşayan sakinlərin, həmçinin, Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir. Məlumat üçün bildirək ki, Ələsgər Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi. Qeyd edək ki, bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar fevralın 12-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.