XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 19:46

Qızıl hamburger- 63 dollara

Dubayda 63 dollara qızıl hamburger təqdim olunub.

Trend "Arabian Business" jurnalına istinadən xəbər verir ki, hamburger Dubayda keçirilən "Eat The World DXB" qida festivalında hazırlanıb.

Yeməli qızıldan olan hamburgerin tərkibində mal ətindən 5 mərmər kotlet, trüfelli pendir, fua-qra, zəfəranlı mayonez, böyürtkənli ketçup var.

Hamburgeri 24 karat yeməli qızıldan olan yarpaq tamamlayır.

Bu bahalı hamburgerə Dubayda yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" göydələninin adı verilib.