Fevralın 8-də futbol üzrə Topaz Premyer Liqasında XVII tur çərçivəsində lider “Qarabağ” paytaxt təmsilçisi “Zirə”ni qəbul edib.
Azərtac xəbər verir ki, oyunda ağdamlılar 2:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşmaya hücumlarla başlayan Ağdam klubu 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində – 47-ci dəqiqədə isə Dino Ndlovu adını tabloya yazdırıb – 2:0. Oyun bu hesabla da başa çatıb.
Bu oyundan sonra “Qarabağ” komandası “Qəbələ”ni bir xal üstələyərək turnir cədvəlindəki liderliyini qoruyub. “Zirə” 21 xalla dördüncü, AZAL isə 8 xalla sonuncu – səkkizinci sıradadır.
Turun digər görüşləri fevralın 9-da oynanılacaq. “Sumqayıt” komandası “Kəpəz”i, “İnter” isə “Neftçi”ni qəbul edəcək.