XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2015 - 12:38

ABŞ-dan Səudiyyə Kralına dəstək zəngi

Obama ABŞ-la Səuidiyyə arasındakı möhkəm dostluğun qaldığını qeyd edib

White House photo by Pete Souza

ABŞ prezidenti Barak Obama, Səudiyyə Ərəbistanının kralını rəsmi Vaşinqtonun ona dəstək verəcəyinə əmin edib və durumun siyasi yolla həlli barədə fikrini bildirb.

Xarici KİV yazır ki, bu gün iki lider arasındakı telefon danışığı zamanı Obama ABŞ-la Səuidiyyə arasındakı möhkəm dostluğun qaldığını qeyd edərək, deyib ki, ABŞ Səudiyyə Ərəbistanının, Körfəz ölkələri əməkdaşlıq şurası üzvlərinin və prezident Hadinin qanuni hakmiyyətə dəstək barədə xahişinə cavab verən digər ölkələrin hərəkətini dəstəkləyir.

Tərəflər razılaşıb ki, Yəməndə davamlı sabitlik BMT-nin yardımı sayəsində bütün tərəflərin iştirakı ilə danışıqlar nəticəsində əldə ediləcək ümumi məqsəddir.

Obama həmsöhbətini inandırıb ki, Səudiyyə Ərəbistanında sabitliyin təminatının zəruriliynə tərəfdardır.