Rusiya 69-cu yeri tutub
“ümumdünya ədalət layihəsi”nin hazırladığı hesabatın nəticəsinə görə, Gürcüstan dünyada 29-cu yeri tutur.
Gürcüstan mətbuatı yazır ki, bu indeks vətəndaşların informasiya almaq hüquqlarının müdafiəsi, vətəndaş fəallığı, şikayət mexanizmi, dərc edilmiş qanunlar və hökumətin rəsmi məlumatları baxımından nəzərdə tutulub. Bunun üçün 100 000 ailədə sorğu keçirilib. Bu baxımdan Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiyada birinci yeri tutub.
Liderlərin ilk beşliyinə İsveç, Yeni Zelandiya, Norveç, Danimarka və Hollandiya daxil olub. İndeksə görə, Rusiya 69-cu yeri tutub. Son dörd yeri İran, Myanma, özbəkistan və Zimbabv bölüşdürüb.