XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 14:32

Prezident İlham Əliyev:“Çingiz Qurbanov düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi”

ilham-cingizin-ailesi

“Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir".