XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 16:31

Rusiyalı politoloq:“Lapşinin ekstradisiyası erməni mifini puç etdi”

Oleq 2

“Aleksandr Lapşının ekstradisiyası ermənilərin Dağlıq Qarabağın suveren ölkə olması haqda uydurduğu mifi puç etdi”

Bunu rusiyalı politoloq Oleq Kuznetsov deyib.

O. Kuznetsov A.Lapşının ekstradisiyasının beynəlxalq hüququn təntənəsi olduğunu bildirib: “Ekstradisiya Dağıq Qarabağa səfərlərin ermənilərin Avropada təqdim etdiyi kimi turizm zonasına səyahət yox, cəzası olan cinayət olduğunu göstərdi. Yaranan bu hüquqi presedent bu faktın əyani sübutudur. Ümid edirəm ki, Azərbaycanın məhkəmə sistemi sonadək gedəcək və bu şəxs məhkum olunacaq. Çünki cinayətlərin törədilməsinin əsas səbəbi cəzasız qalmaq hissidir”.

Politoloq qeyd edib ki, Azərbaycan sərhədlərini qanunsuz keçməyə görə maddənin nəzərdə tutduğu cəzanın real olduğunu sübut etmək üçün imkan var: “Bu da bir çoxların fikrini dəyişməyə məcbur edəcək. İstər Dağlıq Qarabağa əvvəllər səfər edənləri, istərsə də ora getmək fikrində olanları. Azərbaycanın məhkəmə sistemi Lapşinlə bağlı qərar versə, bu qəbilədən olan bir çox cinayətlərin qarşısı alınacaq".  (APA)