XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 18:09

Rusiya XİN sözçüsü:"Bu mövzu hər zaman olduğu kimi diqqətimizdədir”

zaxarova1

“Bloqer Aleksandr Lapşinin məsələsi barədə artıq hər şey deyilib. Lakin onu qeyd etmək istəyirəm ki, onun Rusiya vətəndaşlığından başqa digər dövlətin vətəndaşlığı var. Bu mövzu hər zaman olduğu kimi diqqətimizdədir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Ermənistan jurnalistinin sualını cavablandırarkən deyib.

“Sizə təşəkkürümü bildirirəm ki, Ermənistan mətbuatı olaraq bu mövzuya maraq göstərirsiniz, bizə Rusiya vətəndaşının taleyi ilə bağlı məsələni xatırladırsınız", – deyə o vurğulayıb.

M. Zaxarova erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovla bağlı sualı da cavablandırıb. O, erməni jurnalistə istehza ilə təşəkkürünü bildirib: "Çox sevindirici haldır ki, Ermənistan mətbuatını Rusiya-Azərbaycan münasibətləri maraqlandırır. Sualınızın məğzinə gəldikdə isə, demək istəyirəm ki, Marat Ueldanovun işi ilə bağlı səfirliyimiz məşğul olur”.  (APA)