Bu gün İranda 1979-ci il fevralın 11-də qalib gəlmiş İslam İnqilabının ildönümü ilə əlaqədar bayram tədbirləri keçirilir.
Azadi Meydanına doğru üz tutan nəhəng nümayişin sıralarında İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qvardiyasının komandanı general Qasim Suleymani də görünüb.
Strateq.az xəbər verir ki, İran KİV-ləri onun nümayişdə iştirakını əks etdirən fotoları yayıblar.