XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 12:16

“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib” –PA rəsmisi

erestun-pa

“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli bir səciyyə daşıyıb”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Mehdiyev bildirib ki, bu işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimiayyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir:

“Müharibə gedişində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Biz öz səsimizi qaldırmağa və təcavüzün nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışıq, bununla bağlı çoxsaylı tədbirlər görülüb. Bu sahədə Azərbaycanın haqq səsinin qaldırılması, beynəlxalq ictimaiyyətə çatdırılması məhz Heydər Əliyevin təşəbbüsü ilə aparılıb”. 

Trend