XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 12:49

Mexiko və Bakı şəhərsalma sahəsində əməkdaşlıq edəcək –Açıqlama

C4PVstUXUAAWKMN

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ilə görüşüb.

Səfrilikdən Strateq.az-a verilən məlumata görə, görüş zamanı komitə sədri meksikalı səfirə rəhbərlik etdiyi müəssisə, onun yaranma tarixi və funksiyaları haqqənda məlumat verib. Son 10 ildə ölkədə həyata keçirilmiş yenidənqurma və abadlıq işlərindən danışılıb.

Səfir R.Labardini, hazırda əhalisi 21 milyon olan ölkəsinin paytaxtı Mexiko şəhərindən söz açıb. Həmçinin, Meksikada şəhərsalmanın özəllikləri və son dövrlərini diqqətə çatdırıb. Diplomat şəhərsalma və memarlıqda məsul olan hər iki ölkənin orqanları arasında əməkdaşlığın nəticəsi kimi mümkün qarşılıqlı töhfəni qeyd edib.

Tərəflər müvafiq ikitərəfli əlaqələrin qurulması və inkişaf olunmasına dair istəklərini ifadə ediblər.

Strateq.az