XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 13:00

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

qar-samaxi-baki

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti,  Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə fevralın 11-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin fevralın 14-ü gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.