XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 14:03

Türkiyədə referendumun keçiriləcəyitarix açıqlanıb

seçki 1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına əlavə və dəyişikliklə bağlı qanun layihəsini imzalayıb.

Bu, Türkiyədə refendumun aprelin 16-da keçirilməsi deməkdir.

Türkiyə qanunlarına əsasən, prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib. Dövlət başçısı 15 gün ərzində layihəni təsdiqləyə, yaxud təkrar müzakirə üçün onu parlamentə qaytara bilərdi.

Ötən gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü. /Report"