XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 14:38

Milli Məclisin deputatı Türkmənistanda prezident seçkilərinimüşahidə edəcək

Aşqabad

 Azərbaycan Milli Məclisinin (MM) deputatı Rüstəm Xəlilov sabah Türkmənistanın paytaxtı Aşqabada səfərə gedəcək.

Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili Türkmənistanda keçiriləcək Prezident seçkilərini MDB müşahidə missiyasının xətti ilə izləyəcək.

Digər müşahidəçilərlə bərabər deputat bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.

Səfər fevralın 15-də başa çatacaq.  (Report)