XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 14:46

Yunanıstan səfiri:"TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb"

TAP 1

Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin Yunanıstan sektorunda 10 km uzunluqda boru kəmərinin çəkilişi tam, 80 km uzunluqda boru kəmərinin çəkilişi isə praktiki olaraq başa çatıb.

Bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə məlumat verib.

"TAP layihəsi ilə bağlı problemlər, o cümlədən texniki və maliyyə problemləri aradan qaldırılıb. Hazırda bütün problemlər həll edilib. İndi kəmərin çəkilişi prosesi başlayıb. 850 km-lik boru kəmərinin 555 km-i Yunanıstan ərazisindən keçir" – D.Tsunqas vurğulayıb.

Səfir TAP layihəsinin həyata keçirilməsi məsələsinin iştirakçı ölkələrin energetika nazirlərinin iştirakı ilə fevralın 23-də Bakıda baş tutacaq "Cənub qaz dəhlizi" layihəsinin Məşvərət Şurasının üçüncü iclasında müzakirə ediləcəyini xatırladıb.

O bildirib ki, Yunanıstanın energetika naziri də bu tədbirdə iştirak edəcək.  (Report)