Azərbaycanda «Qeyri-hökumət təşkilatları haqqında» Qanuna dəyişiklik edilə bilər.
Bu haqda QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.
O, Azərtac-a açıqlamasında 2000-ci ildə qəbul edilmiş «Qeyri-hökumət təşkilatları haqqında» Qanuna müəyyən əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüslərin olduğunu bildirib:
«Hazırda qanuna təklif olunan dəyişiklikləri QHT-lərə Dövlət Dəstəyi Şurası öyrənir. Ölkəmizdə davamlı olaraq müxtəlif sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına da aiddir».
Ancaq Elməddin Behbud təkliflərin detallarını açıqlamayıb.