XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 17:17

Zakir Qaralov AŞPA-nın Azərbaycan üzrə məruzəçisini qəbul edib –Fikir mübadiləsi aparılıb

zakir-qaralov.jpg

Bu gün Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, görüşdə Baş prokuror AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Baş prokuror Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildən artıq müddət ərzində beynəlxalq hüququn normalarının pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsinin bu günədək icra edilməməsini diqqətə çatdırıb.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Alan Desteks ətraflı məlumata görə təşəkkürünü bildirərək ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir etmiş və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu deyib.

Görüş zamanı insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” kitabı təqdim edilib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.