Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif Deryuş oğlu Bayramov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.