"Məskunlaşmaların sülh prosesinə faydası yoxdur. İstifadə edilən ərazilər məhduddur və hər yeni yaşayış yeri inşa edildikcə daha da azalır. Bütün variantları araşdırmaq lazımdır. Ancaq bunun sülh üçün yaxşı bir şey olduğunu güman etmirəm".
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Fəaliyyətim dövründə İsraili qınamaq istəmirəm. İsrailin çətinliklərlə bağlı uzun bir tarixi var. Mən İsraili çox yaxşı tanıyıram və təqdir edirəm. İnanıram ki, sülh İsrail üçün də mükəmməl olacaq. Sülh hər kəs üçün yaxşı olmadıqca məqbul hesab edilə bilməz. Bəziləri həll prosesinə inanmır, ancaq mən onlarla razı deyiləm. İnanıram ki, razılığa gələ bilərik", – Tramp bildirib.
Axar.az