XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 22:05

ABŞ vitse-prezidenti:"Milli təhlükəsizliyimizə təhdidlər əvvəlki dövrlərdən daha çoxdur"

Mayk Pens

"ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər əvvəlki dövrlərdən daha çoxdur".

Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib.

O, Tramp administrasiyasının bu düşmənləri yox edənə qədər sakit dayanmayacağını bildirib:

“ABŞ-ın sərhədlərindən kənarda konfliktlərlə dolu olan və xaosla yüklənən dünya var. Köhnə düşmənlər iyrənc başlarını yenidən qaldırırlar. Yeni düşmənlərimiz də peyda olurlar. Bunlar sırasında İŞİD də var. İŞİD təkcə Amerika xalqını məhv etmək istəmir, o, həm də Amerika həyat tərzini yox etməyə çalışır”. /Axar.az