XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 00:35

“Vaşinqton bütün vasitələrlə özünü və müttəfiqlərini qorumağa hazırdır” –Şimali Koreyaya xəbərdarlıq

tramp

"Rəsmi Vaşinqton bütün vasitələrlə özünü və müttəfiqlərini Şimali Koreyadan müdafiə etməyə hazırdır".

Bu barədə ABŞ prezidenti Donald Tramp və Yaponiya baş naziri Sindzo Abenin görüşünün yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

“ABŞ və Yaponiya Şimali Koreyanı nüvə silahı proqramlarından imtina etməyə və təxribatlara son qoymağa çağırır. Amerika Birləşmiş Ştatları bütün hərbi imkanları ilə ərazisinin və müttəfiqlərinin qorunmasına sadiqdir”, – bəyanatda qeyd olunur.

D.Tramp və S.Abe, həmçinin ABŞ-Yaponiya-Cənubi Koreya üçlüyünün əməkdaşlığının vacibliyini vurğulayaraq Şimali Koreya üzrə BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıblar. /APA