XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 08:24

BMT:“Suriya üzrə danışıqlar prosesi pozula bilər”

Mistura

Şərqi Qutada yaranmış vəziyyətlə əlaqədar Suriya üzrə danışıqlar prosesi pozula bilər.

Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Dəməşq yaxınlığında yerləşən Şərqi Quta şəhərində yaranmış vəziyyət atəşkəs rejimi və bu yaxınlarda Cenevrədə baş tutacaq danışıqları poza bilər. Biz bununla bağlı Rusiya və Türkiyə nümayəndələri ilə ünsiyyətdə olmuşuq. Xahiş etmişik ki, vəziyyəti nəzarət altında saxlamaqda bizə kömək etsinlər. Çünki yaranmış vəziyyət danışıqlar prosesinə mənfi təsir göstərə bilər”, deyə S. de Mistura qeyd edib.

BMT elçisi həmçinin bölgəyə humanitar yardımın vaxtında çatdırılmasının vacibliyini vurğulayıb.   (APA)