XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 08:31

Pentaqon:"Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxs məhv edilib"

Rəşid

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən İŞİD üzvü Rəşid Qasim beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəricəsində məhv edilib.

Bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.

“Onun ölümü hələ təsdiqlənməyib. Hazırda biz İraqın Mosul şəhəri ətrafında endirilən hava zərbələrinin nəticələrini qiymətləndiririk. Bundan sonra mətbuata ətraflı məlumat veriləcək. Lakin çox böyük ehtimalla deyə bilərəm ki, Rəşid Qasim öldürülüb”, – deyə Pentaqon rəsmisi bildirib.

Fransa vətəndaşı olan Rəşid Qasim 2016-cı ildə Normandiya əyalətində keşişin ölümünü təşkil etməkdə və ölkə ərazisində terror aktları hazırlamaqda şübhəli bilinir. /APA