Suriya ordusu Türkiyə ilə daha öncədən razılaşdırılan müvəqqəti sərhəd xəttinə çatıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Əl Bab əməliyyatları ilə bağlı açıqlamasında deyilib.
“Suriya ordusu Tadifdə 650 İŞİD-çini, 2 tankı, 4 zirehli texnikanı, 18 artilleriya dayışan avtomobili məhv edib”, – açıqlamada bildirilib.
Bundan əlavə, Rusiya xəbər agentlikləri YPG-nin də İŞİD-dən bir neçə kəndi geri aldığı barədə məlumatlar yayıb.